Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya Bankının məlumatına görə, dünya bazarında bitki yağının qiymətləri 2022-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlib. Bitki yağının orta qiyməti 1,3% artaraq ton üçün 1505 dollar təşkil edib. Müqayisə üçün, 2022-ci ilin iyul ayında bu məhsulun qiyməti ton üçün 1 556,87 dollar idi.Dünya bazarında bitki yağlarının qiymətləri 2022-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlib.
Marja.az Dünya Bankının məlumatlarına istinadən xəbər verir ki, may ayında günəbaxan, raps və soya yağının orta dünya birja qiymətləri son illərin maksimum göstəricilərinə çatıb.
May ayında günəbaxan yağının orta qiyməti aprel ayı ilə müqayisədə 1,3% də artaraq ton üçün 1505 dollar təşkil edib. Beləliklə, günəbaxan yağının qiyməti 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb. Həmin vaxt bu məhsulun qiyməti ton üçün 1556,87 dollar olmuşdu.
Raps yağının qiyməti isə aprel ayı ilə müqayisədə mayda 8,7% artaraq ton üçün 1472,53 dollara çatıb. Bu göstərici 2022-ci ilin avqustundan bəri maksimum səviyyədir. 2022-ci ilin avqustunda raps yağının orta qiyməti ton üçün 1638,85 dollar təşkil etmişdi.
Soya yağının qiyməti də may ayında kəskin bahalaşıb. Bu məhsulun dəyəri əvvəlki ayla müqayisədə 7,4% artaraq ton üçün 1775,26 dollar olub. Nəticədə soya yağının qiyməti 2022-ci ilin mayından bəri ən yüksək həddə çatıb. Həmin dövrdə soya yağının qiyməti ton üçün 1 962,88 dollar idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























