Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Vergi borclarının endirimlə ödənilməsi adı altında yayılan saxta internet resursu ilə bağlı xəbərdarlıq.Son günlər sosial şəbəkələrdə xarici ölkələrdən birində qeydə alınmış, vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən və rəsmi dövlət qurumlarına məxsus vizual elementlərdən istifadə edən internet resursu barədə məlumatlar yayılıb.
Dövlət Vergi Xidmətinin idarə rəisinin müavini Günel Bəhramqızı bildirib:
"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vətəndaşların diqqətinə çatdırır ki, vergi öhdəlikləri və ödənişlərlə bağlı məlumatlar yalnız rəsmi mənbələr vasitəsilə əldə edilməli, ödəniş əməliyyatları qanunvericilikdə müəyyən edilmiş rəsmi elektron xidmətlər üzərindən, banklar və ya ödəniş terminalları vasitəsilə həyata keçirilməlidir. Dövlət qurumlarının adından çıxış edən, şəxsi və ya bank kartı məlumatlarının daxil edilməsini tələb edən internet resurslarından istifadə etmək təhlükəlidir.
Vətəndaşlardan şübhəli hallarla qarşılaşdıqda ehtiyatlı davranmaq, şəxsi məlumatlarını üçüncü tərəflərlə paylaşmamaq və yalnız rəsmi mənbələrə etibar etmək xahiş olunur. Xatırladırıq ki, Dövlət Vergi Xidməti heç bir halda internet resursları vasitəsilə vətəndaşlardan bank kartı məlumatlarını tələb etmir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























