Azərbaycan və Qırğızıstan energetika nazirləri əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Qırğızıstanın energetika naziri Taalaybek İbrayev arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və qırğız xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdiyi qeyd olunub. Enerji sahəsində əməkdaşlığın inkişafı çərçivəsində neft məhsullarının tədarükü, neft-kimya sənayesində və elektrik enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə “Mərkəzi Asiya-Azərbaycan Enerji Dəhlizi” layihəsinin perspektivləri də müzakirə edilib. Layihənin region ölkələrinin enerji sistemlərinin inteqrasiyasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin yeni bazarlara çıxarılmasına mühüm töhfə verəcəyi bildirilib. Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə enerji sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycan-Qırğızıstan Birgə İşçi Qrupunun növbəti iclasının tezlliklə keçirilməsi razılaşdırılıb. Azərbaycanın energetika naziri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin 6-cı iclası və “Qırğızıstan-ŞƏT 2026” beynəlxalq enerji sərgisində iştiraka dəvət edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























