Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
Moldovanın aşağı büdcəli aviaşirkəti olan "FLYONE Asia" Daşkənddən Bakı və Gəncəyə müntəzəm reyslərin icrasına başlayıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bildirilib ki, yeni əməkdaşlıq çərçivəsində Daşkənd–Bakı–Daşkənd reysləri həftədə bir dəfə, hər çərşənbə günü Heydər Əliyev Beynəlxalq Aeroportuna, Daşkənd–Gəncə–Daşkənd reysləri isə hər bazar günü Gəncə Beynəlxalq Hava Limanına yerinə yetiriləcək.
Qeyd edilib ki, "FLYONE Asia"nın Azərbaycan bazarına daxil olması ölkənin aviasiya sektorunun inkişafı və beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addımdır: "Yeni aviaşirkətin fəaliyyətə başlaması sərnişinlər üçün əlavə seçim imkanları yaradacaq, regionlararası əlaqələrin inkişafına və qarşılıqlı səfərlərin artmasına töhfə verəcək".
Məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportu üçün "FLYONE Asia"nın fəaliyyətə başlaması beynəlxalq tərəfdaşlıq şəbəkəsinin daha da genişlənməsinin və ölkənin əsas hava nəqliyyatı qovşağı kimi mövqeyinin möhkəmlənməsinin növbəti göstəricisidir: "Gəncə Beynəlxalq Hava Limanı üçün isə yeni əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. "FLYONE Asia"nın uçuşları ilə Gəncə ilk dəfə olaraq Daşkənd istiqaməti üzrə birbaşa hava əlaqəsi əldə edir. Bu marşrut regionun beynəlxalq nəqliyyat əlçatanlığını artıracaq, turizm və biznes əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq, eyni zamanda Gəncənin beynəlxalq marşrut şəbəkəsinin genişlənməsinə töhfə verəcək".
Bildirilib ki, Daşkənd Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində mühüm strateji əhəmiyyətə malik şəhərlərdən biridir: "Yeni reyslər iki ölkə arasında iqtisadi, turizm və humanitar əlaqələrin daha da inkişafına, eləcə də regionlar arasında mobilliyin artırılmasına xidmət edəcək. Uçuş cədvəli və biletlərlə bağlı ətraflı məlumat "FLYONE Asia" aviaşirkətinin rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























