Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
Şəhərin inkişafına dəyər qatan, müasir memarlıq üslubunda layihələri ilə tanınan “SR Construction” fəaliyyətini artıq “SR Development” adı altında davam etdirəcək.
Şirkətin yaydığı məlumatda qeyd olunub ki, bu dəyişiklik sadəcə ad yenilənməsi deyil, “SR Construction”ın illərdir formalaşdırdığı fəaliyyət modelinin daha doğru ifadəsidir:
"“SR Development” olaraq biz layihələrə yalnız tikinti prizmasından yanaşmırıq. İdeyanın formalaşmasından layihələndirməyə, tikintidən satışa, komendatura və idarəetməyə qədər bütün prosesləri vahid sistem daxilində idarə edirik. Məhz bu yanaşma “SR Construction”ı klassik tikinti şirkətindən daha çox developer şirkəti kimi xarakterizə edir. Şirkət eyni zamanda “Roseville Premium Residence” layihəsində investor və sifarişçi qismində çıxış edib.
“SR Development” fəaliyyət göstərdiyi müddət ərzində yaşayış və qeyri-yaşayış layihələri ilə müasir və funksional məkanlar formalaşdırmağı əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu yanaşmanın ən güclü nümunələrindən biri Mərkəzi Parkın yanında yerləşən və premium yaşayış konsepti ilə seçilən “Central Towers” layihəsidir. Bununla yanaşı “Ahmədli Park” və “Teras Park” layihələri də “SR Development”in keyfiyyət, memarlıq yanaşması və uzunmüddətli etibar prinsipinin real göstəriciləridir.
“SR Development” üçün layihə yalnız bina inşa etmək deyil. Məqsəd funksional, estetik və uzunömürlü yaşayış mühiti formalaşdırmaq, şəhər mühitinə yeni dəyər və həyat tərzi qazandıran layihələr təqdim etməkdir.
Yeni ad altında “SR Development” eyni dəyərlər, eyni məsuliyyət və daha geniş developer baxışı ilə fəaliyyətini davam etdirəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















