“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
“CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin 31 dekabr 2025-ci il tarixində bitən il üzrə Maliyyə Hesabatlarını dərc edib.
Marja.az xəbər verir ki, keçmiş "AzFinance İnvestisiya Şirkəti”nin hüquqi varisi olan “CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır.
Hesabatdan məlum olur ki, şirkət daha aktiv fəaliyyətə başlamaq üçün investisiya və xərclərini artırıb. Belə ki, Şirkətin işçi heyəti ilə bağlı xərcləri 2025-ci ildə 1 milyon 465 min 942 manat təşkil edib. 2024-cü ildə bu məbləğ 732 min 400 manat idi. Bu isə 733 min 542 manat və ya 100,2% (2 dəfə) artım deməkdir.
Şirkətin əməliyyat xərcləri 503 min 755 manatdan 2 milyon 719 min 695 manata yüksəlib. Artım 2 milyon 215 min 940 manat və ya 439,9% (5,4 dəfə) olub.
“CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri 2025-ci ilin sonunda 5 milyon 46 min 509 manat təşkil edib. Şirkətin cəmi uzunmüddətli aktivləri 2 milyon 455 min 293 manatdan 3 milyon 463 min 516 manata yüksəlib. Artım 1 milyon 8 min 223 manat və ya 41,1% təşkil edib. Bu artımda əsas rol əmlak və avadanlıqların artmasına məxsusdur. Belə ki, bu göstərici 606 min 012 manatdan 1 milyon 806 min 510 manata yüksəlib. Artım 1 milyon 200 min 498 manat və ya 198,1% olub.
Ötən il “CFİ Financial İnvestisiya Şirkəti” investiya və xərclərinin böyük hissəsini (4 milyon 243 min 403 manat) 5 milyon 756 min 895 manat cəmi kapitalı hesabına həyata keçirib. 2025-ci ilin sonunda Şirkət 1 milyon 513 min 492 manat cəmi kapitala malik olub.
İnvestiyaların və işçi heyətinin artırılması nəticəsində 2026-cı və növbəti illərdə “CFİ Financial İnvestisiya Şirkəti”nin gəlirlərinin artacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























