Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar
“Ulduz” brendi bu gün istehlakçılara müxtəlif zövqlərə uyğun 200-dən çox məhsul çeşidi təqdim edir. Müəssisə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, hazırda 300-ə yaxın vətəndaşı daimi iş yeri ilə təmin edir.(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” Şokolad fabrikində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mediatur keçirilib.
Mediatur zamanı jurnalistlər fabrikin istehsal sahələri, müasir texnologiyaları, keyfiyyətə nəzarət prosesi, məhsul portfeli və ixrac imkanları ilə yaxından tanış olublar.
Bildirilib ki, 25 illik zəngin tarixə malik “Ulduz” brendi bu gün istehlakçılara müxtəlif zövqlərə uyğun 200-dən çox məhsul çeşidi təqdim edir. Müəssisə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, hazırda 300-ə yaxın vətəndaşı daimi iş yeri ilə təmin edir.
İstehsalatın beynəlxalq standartlara uyğun qurulması və milli sənaye potensialının gücləndirilməsi məqsədilə fabrikə ümumilikdə 55 milyon avro həcmində investisiya yatırılıb. Fabrik səmərəliliyi, təhlükəsizliyi və yüksək məhsuldarlığı təmin edən müasir avadanlıqlarla təchiz olunub.
Qeyd olunub ki, “Ulduz” yerli istehsalı həm daxili, həm də xarici bazarlarda uğurla təmsil edir. Şirkət “Made in Azerbaijan” brendi altında dünyanın 20-dən çox ölkəsinə rəqabətədavamlı məhsullar ixrac edir.
Fabrikdə keyfiyyətə nəzarət istehsalın bütün mərhələlərini əhatə edən kompleks yanaşma əsasında həyata keçirilir. Keyfiyyətli xammal, müasir istehsalat, peşəkar komanda, düzgün logistika, effektiv marketinq və satış sistemi şirkətin “Keyfiyyət Zənciri”nin əsasını təşkil edir.
Mediatur çərçivəsində bildirilib ki, müəssisə əməkdaşların peşəkar inkişafına, yerli mütəxəssislərin dəstəklənməsinə və gənc kadrların hazırlanmasına xüsusi önəm verir. Aparıcı universitetlərlə əməkdaşlıq çərçivəsində tələbələrə real iş mühitində təcrübə imkanı yaradılır.
Sonda jurnalistlərin sualları cavablandırılıb, istehsal prosesi, ixrac istiqamətləri, keyfiyyət standartları və fabrikin gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Ulduz” Şokolad fabriki Veysəloğlu Şirkətlər Qrupuna daxildir və Azərbaycanın qida sənayesində yerli istehsalı, məşğulluğu və ixrac potensialını dəstəkləyən aparıcı müəssisələrdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























