CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
Müasir televiziya təcrübəsini təqdim edən CityNet TV platforması yeni 4K keyfiyyətli fərqli janrlarda 3000-dən çox film, 300-dən çox serialı izləmə imkanı təqdim edən “Film Paketi”ni istifadəyə verib.
Paketdə müxtəlif dillərlə yanaşı Azərbaycan dilində dublyajlı filmlər də yer alır.
“Film Paketi”nə ölkəmizdə ilk dəfə olaraq jest dili dəstəyi olan 100-dən çox film daxil edilib. Bu yenilik eşitmə məhdudiyyətli istifadəçilərin kontentə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və platformanın inklüzivlik prinsipinə verdiyi önəmi bir daha nümayiş etdirir.
Abunəçilər “Film Paketi”ni “CityNet TV” platforması üzərindən aylıq 2 AZN ödəməklə asanlıqla aktiv edə bilər. Paket sayəsində istifadəçilər TV və mobil qurğular vasitəsi ilə istədikləri zaman, istədikləri yerdə sevdikləri film və serialları izləyə bilirlər.
Qeyd edək ki, CityNet TV vasitəsilə istifadəçilər həmçinin Digiturk, Setanta Sports, Dizi Channel və FilmBox kimi seçilmiş televiziya kanallarına baxa, eyni zamanda YouTube, Netflix, Amazon Prime və Spotify kimi populyar tətbiqlərə də rahat çıxış əldə edə bilirlər.
CityNet haqqında
Azərbaycanın aparıcı internet provayderi olan CityNet yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. CityNet, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. CityNet müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























