"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
“PAŞA Bank”ın cəmi cəmi aktivləri keçən il ərzində 14% artaraq 9 milyard 844 milyon manata, müştərilərə verilən cəmi kreditlər isə 5% artaraq 3 milyard 883 milyon manata çatıb“2007-ci ildən etibarən fəaliyyətimizin mərkəzində real sektor olub. Agrar biznesdən, nəqliyyat və sənayeyə qədər, ticarətdən xidmət sektoruna qədər minlərlə biznesin inkişaf yolunda “PAŞA Bank” olaraq tərəfdaş olmuşuq. Xüsusilə qeyri-neft iqtisadiyyatının inkişafı istiqamətində sahibkarların və şirkətlərin maliyyə çıxışının genişləndirilməsi bizim üçün yüksək bir prioritet olub. Bugün “PAŞA Bank” Azərbaycanın aparıcı özəl korporativ maliyyə institutlarından biri kimi bazardakı mövqeyini daha da gücləndirib".
Marja.az-ın əlumatına görə, bunu keçirilən mətbuat konfransında “PAŞA Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Cavid Quliyev bildirib.
Bankın sədri qeyd edib ki, ötən il ərzində “PAŞA Bank”ın həm aktivləri, həm kredit portfeli, həm də depozit bazası daha da dayanıqlı artım nümayiş etdirib:
"Müştəri bazamız genişlənib, kapital mövqeyimiz daha da möhkəmlənib və bazarda etibarlı tərəfdaş olaraq rolumuzu güclənməyə davam etmişik. Eyni zamanda biz transformasiya istiqamətində də mühüm addımlar atmışıq. Müştəri təcrübəsinin yaxşılaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xidmət modelinin yerinə yetirilməsi və daxili proseslərin sürətləndirilməsi ötən il əsas prioritetlərin sırasında olmuşdur. Bu yanaşma aydın konkret nəticələr verib. Daha çevik xidmət modeli, daha sürətli qərarvermə və daha yüksək müştəri məmnuniyyəti göstəriciləri bunun aydın nümunəsidir. 2025-ci ildə həm regional, həm dünyada baş verən iqtisadi qeyri-sabitlik fonunda “PAŞA Bank”dayanıqlı inkişaf tempini qoruyaraq güclü maliyyə və əməliyyat nəticələri nümayiş etdirib. “PAŞA Bank”ın cəmi cəmi aktivləri keçən il ərzində 14% artaraq 9 milyard 844 milyon manata çatıb. Bunun əsas səbəbi həm müştərilər tərəfindən cəlb olunan vəsaitlər, həm bizim qiymətli kağızlar vasitəsilə əldə edilən vəsaitlər olmuşdur. Ümumi gəlirlərimiz çox sabitdir, 6% artım tempi göstərir. Faiz gəlirlərimiz 13%, qeyri-faiz gəlirlərimiz, yəni komissiya gəlirlərimiz 9% artım tempi göstərmişdir. Müştərilərə verilən ümumi kreditlərimiz il ərzində 5% artıb və 3 milyard 883 milyon manat səviyyəsinə çatıb. Onun əksər hissəsi biznes kreditlərinə aiddir, yəni böyük orta və kiçik sahibkarlara və şirkətlərə verilən kreditlər olmuşdur. Kredit portfelimizdə ən yüksək artım tempi göstərən KOS seqmentinə aid kredit portfeli olub. Bu göstərici iri və orta biznes seqmentləri ilə müqayisədə daha yüksəkdir".
Xəbər yenilənəcək...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























