Neft razılaşma ümidilə kəskin ucuzlaşıb
ABŞ Prezidenti Donald Trampın həftəsonu Vaşinqton və Tehran arasında sülh danışıqlarının yenidən başlanmasına və Hörmüz boğazının yenidən açılmasına imkan verəcək razılaşmanın açıqlanmasına yaxın olunduğu barədə bəyanatlarının təsiri ilə neft qiymətləri geriləyib.ABŞ Prezidenti Donald Tramp-ın həftəsonu Vaşinqton və Tehran arasında sülh danışıqlarının yenidən başlanmasına və Hörmüz boğazının yenidən açılmasına imkan verəcək razılaşmanın açıqlanmasına yaxın olunduğu barədə bəyanatlarının təsiri ilə neft qiymətləri geriləyib.
Marja.az xəbər verir ki, beynəlxalq etalon hesab olunan Brent markalı neft fyuçersləri cümə gününü 103 dolların üzərində başa vurduqdan sonra 5,5% ucuzlaşaraq bir barel üçün 97,82 dollara düşüb. ABŞ xam nefti (WTI) isə ötən həftəni 96 dolların üzərində tamamladıqdan sonra 5,7% geriləyərək 91 dollar səviyyəsində ticarət olunub (Bakı vaxtı ilə saat 08:15-ə olan məlumatlar).
Neft qiymətlərindəki bu eniş Prezident Donald Trampın şənbə axşamı verdiyi açıqlamadan sonra sürətlənib. Tramp qlobal enerji axını baxımından kritik daşınma marşrutu olan Hörmüz boğazının yenidən açılmasını və sülh danışıqlarının bərpasını təmin edəcək İran razılaşmasının yaxın zamanda elan olunacağını bildirərək müharibənin sona çata biləcəyi ilə bağlı ümidləri artırıb.
Tramp "Truth Social" hesabında etdiyi paylaşımda sözügedən çərçivənin ABŞ, İran və bəzi digər ölkələr arasında “yekunlaşdırılma mərhələsində” olduğunu, razılaşmanın “son detalları və elementlərinin” yaxın zamanda açıqlanacağını qeyd edib.
Lakin Tramp bazar günü verdiyi yeni açıqlamada ritorikasını qismən yumşaldıb. Danışıqların davam etdiyini bildirən Trump zamanın “ABŞ-nin xeyrinə” işlədiyini deyərək Vaşinqtonun razılaşma məsələsində tələsməyəcəyini vurğulayıb.
Bloomberg-ə danışan ABŞ rəsmiləri də Vaşinqtonun hələ razılaşmanı yekunlaşdırmadığını bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















