"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Yaxın iki il ərzində qapılarını yenidən açması planlaşdırılan "Təzə Bazar" ümumilikdə 30 000 m² sahəni əhatə edəcək. Yeni konsept çərçivəsində ərzaq məhsullarının satışı, qida məhsulları və yemək zonası, yarmarka və topdansatış sahələri, sənətkarlıq məhsullarının satışı, spesifik texniki xidmətlər, uşaqlar üçün əyləncə zonası, açıq teraslar və iki mərtəbəli avtodayanacaq nəzərdə tutulur.WUF13 çərçivəsində "Ginza Project" və "PMD Group" tərəfindən "Təzə Bazar"ın gələcək konsepti təqdim olunub.
Təqdimatda "PMD Group"un Biznesin İnkişafı üzrə rəhbəri Kamil Əliyev, "Ginza Project"in kreativ direktoru və nümayəndəsi Olga Kukoba və PMD Group-un Biznesin İnkişafı üzrə meneceri Yaşar Novruzov çıxış ediblər.
Çıxışlar zamanı "Təzə Bazar"ın şəhər həyatındakı tarixi rolu, yeni konseptin formalaşmasına təsir edən əsas amillər və layihənin gələcək funksionallığı barədə məlumat verilib.
Bildirildib ki, "Təzə Bazar" yalnız ticarət məkanı kimi deyil, həm də şəhər sakinləri və qonaqlar üçün sosial, mədəni və ictimai həyatın bir hissəsinə çevriləcək müasir ictimai məkan kimi yenidən formalaşdırılır. Yeni konseptin hazırlanmasında mehmanxanalar, bazarlar, restoran və ictimai iaşə konseptlərinin yaradılması sahəsində təcrübəyə malik "Ginza Project"in yanaşması nəzərə alınır. Bu əməkdaşlıq layihəyə müasir qonaqpərvərlik, xidmət keyfiyyəti və istifadəçi təcrübəsi baxımından əlavə dəyər qatır.
Yaxın iki il ərzində qapılarını yenidən açması planlaşdırılan "Təzə Bazar" ümumilikdə 30 000 m² sahəni əhatə edəcək. Yeni konsept çərçivəsində ərzaq məhsullarının satışı, qida məhsulları və yemək zonası, yarmarka və topdansatış sahələri, sənətkarlıq məhsullarının satışı, spesifik texniki xidmətlər, uşaqlar üçün əyləncə zonası, açıq teraslar və iki mərtəbəli avtodayanacaq nəzərdə tutulur.
"Təzə Bazar" konseptində əsas diqqət yalnız funksionallığa deyil, həm də ziyarətçi təcrübəsinə yönəldilib. Məkan gündəlik alış-veriş, qastronomik təcrübə, ailəvi istirahət, yerli məhsulların təqdimatı və ictimai qarşılıqlı əlaqə üçün açıq şəhər platforması kimi nəzərdə tutulur.
Layihə Bakının cari şəhərsalma inkişafına töhfə verməklə yanaşı, ənənəvi bazar mədəniyyətinin dinamik və müasir həyatın tələbləri ilə ayaqlaşan bir məkanın yaradılmasını hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























