Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Bank Respublika “Qızıl Seçim”lotereyasının qalibinə avtomobil təqdim etdi
(®) Bu gün Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika fəaliyyətinin 34-cü ilini qeyd edir. 1992-ci ildən fəaliyyət göstərən Bank bu illər ərzində ölkə iqtisadiyyatının inkişafına töhfə verərək, müasir və innovativ xidmətləri ilə milyonlarla müştərinin etimadını qazanıb.
Bank bu əlamətdar gündə də müştərilərindən birinə sevinc bəxş edərək, ona avtomobil təqdim edib. Belə ki, "Qızıl Seçim" lombard lotereyasının 2-ci tirajının əsas qalibinə BYD Destroyer avtomobili təqdim edilib.
Qeyd edək ki, avtomobil qazanmış xanım müştəri Bankdan 1 000 AZN məbləğində lombard krediti rəsmiləşdirməklə lotereyada iştirak hüququ əldə edib.
Lotereyanın qalibləri 15 may 2026-cı tarixində Bank Republika-nın Baş ofisində 5 nəfərdən ibarət müstəqil komissiya üzvünün iştirakı ilə təsadüfi seçim əsasında müəyyən olunub
İkinci tirajda 01 yanvar – 01 may 2026-cı il tarixlərində, eləcə də 1-ci tiraj çərçivəsində Bank Respublikada lombard krediti rəsmiləşdirmiş müştərilər iştirak edirdi. Ümumilikdə lotereyada 20 000-dən çox müştəri və onlara məxsus 200 000-ə yaxın lotereya şansı qeydə alınıb. Qeyd edək ki, hər 500 AZN məbləğində lombard krediti müştərilərə 1 iştirak şansı qazandırıb.
Qeyd edək ki, avtomobil BYD şirkətinin Azərbaycandakı rəsmi dileri “Group Motors” tərəfindən təqdim olunur.
Lotereya haqda ətraflı məlumatı Bankın rəsmi səhifəsindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























