"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
"FERRUM CAPİTAL" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdırXəbər verdiyimiz kimi, 1 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan AZ2023022281 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 21.05.2026-cı il tarixində yekunlaşmışdır.
Marja.az xəbər verir ki, 1 milyon manatlıq istiqrazlara 50 investor 50 sifariş təqdim edib və emissiya həcmi 100% yerləşdirilib. İstiqrazların illik gəlirlilik faizi 14%, faiz gəlirinin ödəmə periodu hər 3 aydan bir, tədavül müddəti 12 aydır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "FERRUM CAPİTAL" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2023022281
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 14%
Hərrac qiyməti: 100 manat
İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat
İnvestor sayı: 50
Sifariş sayı: 50
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 12 ay
Anderrayter: “UniCapital İnvestisiya Şirkəti” ASC
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 4 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib






















