“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
(®) “Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, maliyyə qurumunun kredit portfeli 2025-ci ildə kreditləşmə fəaliyyəti nəticəsində 11 milyon 747 min 725 AZN təşkil edib.
Marja xəbər verir ki, 2025-ci ildə “Bir Kredit BOKT” MMC-nin gəlirlərinin əsas hissəsini – 98%-ni (269 min 528 AZN) faiz gəlirləri təşkil edib. Digər gəlirlər isə ümumi gəlirlərin 2%-i həcmində olub (4 min 477 AZN).
Hesabat dövrü üzrə xalis zərər 206 min 908 AZN təşkil edib. Buna səbəb kreditləşmə fəaliyyətinə 2025-ci ilin avqust ayından etibarən başlanılması, eləcə də cəlb edilmiş vəsaitlər üzrə faiz xərclərinin, ehtiyatların və əməliyyat xərclərinin ilin əvvəlindən formalaşdırılması olub.
2025-ci ilin sonunda “Bir Kredit BOKT” MMC-nin cəmi aktivləri 108 milyon 728 min 812 AZN təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin sonunda bu göstərici 83 milyon 480 min 131 AZN təşkil edirdi. Beləliklə, BOKT-nin aktivləri illik müqayisədə 25 milyon manatdan çox artıb. Artımın əsas səbəbləri investisiya portfelinin 15 milyon manat genişlənməsi, həmçinin BOKT tərəfindən 6 ay ərzində verilən kreditlərin həcmidir ki, bu rəqəm yuvarlaq olaraq 12 milyon manatdır. Aktivlərdən çıxılan ehtiyatlar, keçmiş illərin zərəri 2 milyon manat təşkil edir. Hesabat dövründə BOKT-nin nizamnamə kapitalı da artırılaraq 99 milyon 835 min 580 manata çatdırılıb.
Cari dövr ərzində BOKT rebrendinq edərək “BirKart BOKT” MMC adından, “Bir Kredit BOKT” MMC adına keçib. Rebrendinqin əsas məqsədi qurumun gələcək inkişaf strategiyasına uyğun olaraq daha innovativ və texnoloji yönümlü xidmət modelinin formalaşdırılması, eləcə də müştərilərə tam onlayn xidmətlərin təqdim edilməsidir. Bu istiqamətdə təqdim olunan əsas xidmətlərdən biri də Birmarket mobil tətbiqi vasitəsilə müştərilərin ehtiyaclarına uyğun onlayn kreditləşmə xidmətidir.
Hesabatla ətraflı tanış olmaq üçün: www.b-b.az/aC3aDn
Qeyd edək ki, kreditlərin verilməsi məqsədilə 2018-ci ildə yaradılmış “BirKart BOKT” MMC-nin 31 dekabr 2025-ci il tarixinə nizamnamə kapitalının 100%-i “Kapital Bank” ASC-yə məxsusdur. Hazırda fəaliyyətini “Bir kredit BOKT” MMC adı altında davam etdirən qurum Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























