Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracı həm həcm, həm də dəyər ifadəsində ciddi artıb.
Marja.az Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir ki, 2026-cı ilin ilk 4 ayında Azərbaycandan ümumilikdə 75 min 949,17 ton pambıq lifi və pambıq ipliyi ixrac olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 45 min 632,56 ton təşkil etmişdi. Beləliklə, pambıq lifi və pambıq ipliyi ixracının həcmi illik müqayisədə 30 min 316,61 ton və ya 66,4% artıb.
Dəyər ifadəsində də ciddi yüksəliş qeydə alınıb. 2026-cı ilin yanvar-aprel aylarında pambıq lifi və pambıq ipliyi ixracının ümumi statistik dəyəri 109 milyon 899,09 min dollar olub. 2025-ci ilin eyni dövründə bu göstərici 69 milyon 484,34 min dollar idi.
Nəticədə, bu məhsulların ixracından əldə olunan gəlir 40 milyon 414,75 min dollar və ya 58,2% artıb.
Pambıq lifi əsas paya malik olub
2026-cı ilin ilk 4 ayında pambıq məhsulları ixracında əsas pay pambıq lifinin üzərinə düşüb. Hesabat dövründə 68 min 464,75 ton pambıq lifi ixrac edilib və bundan 93 milyon 476,97 min dollar gəlir əldə olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə pambıq lifi ixracı həcm baxımından 25 min 755,38 ton və ya 60,3%, dəyər baxımından isə 31 milyon 106,02 min dollar və ya 49,9% artıb.
Pambıq ipliyi üzrə də artım daha sürətli olub. 2026-cı ilin ilk 4 ayında 7 min 484,42 ton pambıq ipliyi ixrac edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 min 561,23 ton və ya 156,0% çoxdur.
Pambıq ipliyi ixracından gəlir isə 7 milyon 113,39 min dollardan 16 milyon 422,12 min dollara yüksəlib. Artım 9 milyon 308,73 min dollar və ya 130,9% təşkil edib.
Pambıq lifi və pambıq ipliyi üzrə göstəricilər qeyri-neft ixracında kənd təsərrüfatı və emal məhsullarının rolunun artdığını göstərir. Xüsusilə pambıq ipliyi ixracında həm həcm, həm də gəlirin 2 dəfədən çox artması diqqət çəkir.
Bu dinamika yalnız xammal ixracının deyil, pambığın ilkin emalından sonra ixrac olunan məhsulların da artdığını göstərir. Bununla belə, ümumi pambıq məhsulları ixracında əsas gəlir mənbəyi hələ də pambıq lifidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























