Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
2026-cı ilin ilk 4 ayı (yanvar-aprel) ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 403 milyon 345 min ABŞ dolları, o cümlədən, ixracın əməliyyatlarının həcmi 11 milyard 878 milyon 578 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi 5 milyard 524 milyon 767 min ABŞ dolları, müsbət saldo 6 milyard 353 milyon 810 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2026-cı ilin ilk 4 ayı (yanvar-aprel) ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 milyard 917 milyon 622 min ABŞ dolları, o cümlədən ixracın həcmi 8 milyard 784 milyon 707 min ABŞ dollar, idxalın həcmi 8 milyard 132 miylon 915 min ABŞ dolları, müsbət saldo 651 milyon 791 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, Azərbaycanın 3 milyard 93 milyon 871 min dollar və ya 35,2% artıb, idxalı isə 2 milyard 608 milyon 148 min dollar və ya 32% azalıb. Nəticədə xarici ticarətin müsvət saldosu 5 milyard 702 milyon 19 min dollar və ya 9,7 dəfə artıb.
2026-cı ilin ilk 4 ayı ərzində neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın həcmi 7 milyard 179 milyon 791 min dollar təşkil edib. Bu rəqəm 2025-ci ilin eyni dövründə 7 milyard 716 milyon 670 min dollar idi.
2026-cı ilin ilk 4 ayı ərzində neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın həcmi 4 milyard 698 milyon 786 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 68 milyon 637 min dollar idi.
2026-cı ilin ilk 4 ayı ərzində neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın 3 milyard 599 milyon 655 min dolları 23 ton 550 kq işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızılın (platindən qalvanik örtüklü qızıl daxil olmaqla) satışı ilə bağlıdır. Bu ixrac gəliri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ölkdə saxladığı qızılın bir hissəsinin satışı ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























