Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
(®) Regionun yaradıcı sənaye və innovasiya sahəsində aparıcı platformalarından biri olan “Baku Flames” festivalı Azercell-in tərəfdaşlığı ilə start götürdü. Şirkət artıq ikinci ildir ki, festivalın texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.
15–16 may tarixlərində keçirilən festival aparıcı beynəlxalq şirkətlərin nümayəndələrini, kreativ sənaye, marketinq və media sahələrinin ekspertlərini bir araya gətirir. Bu il festivalın proqramında Meta, Google və TikTok kimi qlobal şirkətlərin spikerləri yer alır. Həmçinin artan beynəlxalq maraq fonunda festivala bu il daha geniş coğrafiyadan kreativ layihələr təqdim edilib. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndiriləcək, qaliblər isə festivalın ikinci günü elan olunacaq.
Festivalın ilk günündə Azercell-in təqdimatında keçiriləcək panel sessiyasında şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova brend və brend səfirləri arasında qarşılıqlı dəyərin formalaşması, eləcə də bu əməkdaşlıqların dinamikası ilə bağlı müzakirələrdə iştirak edəcək.
Qeyd edək ki, “Baku Flames” festivalı beynəlxalq kreativ sənaye nümayəndələrini bir araya gətirərək qlobal yaradıcı sənaye tendensiyalarının müzakirəsi, innovativ yanaşmaların paylaşılması və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























