“Unibank” yeni irihəcmli maliyyə vəsaiti cəlb edib
Unibank beynəlxalq fonddan 20 milyon ABŞ dolları həcmində kredit cəlb edib“Unibank” KB ASC beynəlxalq maliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, yeni iri həcmli maliyyə vəsaiti cəlb edib.
Marja banka istinadən xəbər verir ki, “responsAbility Investments AG” ilə strateji tərəfdaşlıq çərçivəsində Bank ümumilikdə 20 milyon ABŞ dolları məbləğində iki kredit xətti əldə edib.
Bu əməkdaşlıq “Unibank”ın dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin və beynəlxalq maliyyə institutlarının Banka göstərdiyi yüksək etimadın göstəricisi kimi qiymətləndirilir.
Cəlb olunan vəsaitin 10 milyon ABŞ dolları (AZN ekvivalentində) “Global Climate Partnership Fund SA” tərəfindən 5 il müddətinə təqdim olunub. Qalan 10 milyon ABŞ dolları (AZN ekvivalentində) isə “responsAbility” tərəfindən idarə olunan fondlar vasitəsilə 3 il müddətinə ayrılıb.
Yeni maliyyə resurslarının əsas məqsədi “Unibank”ın kredit portfelinin genişləndirilməsi, xüsusilə sahibkarlığın və dayanıqlı layihələrin maliyyələşdirilməsinin dəstəklənməsidir. Bu vəsaitlər Bankın iqtisadiyyatın real sektoruna dəstəyini daha da gücləndirəcək.
“Unibank” KB ASC İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:
“responsAbility Investments AG ilə əməkdaşlıq çərçivəsində cəlb etdiyimiz vəsaitlər “Unibank”ın dayanıqlı inkişaf strategiyasına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq beynəlxalq maliyyə institutlarının Bankımıza göstərdiyi yüksək etimadın bariz nümunəsidir. Xüsusilə, Global Climate Partnership Fund ilə əməkdaşlıq çərçivəsində əldə olunan resurslar yaşıl maliyyələşmə təşəbbüslərimizi genişləndirməyə və ekoloji dayanıqlılığı dəstəkləyən layihələri maliyyələşdirməyə imkan yaradacaq. Məqsədimiz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirərək həm sahibkarlığın inkişafına, həm də dayanıqlı iqtisadi artıma töhfə verməkdir.”
“responsAbility Investments AG”-ın Maliyyə İnklüzivliyi üzrə Borc Maliyyələşməsi Departamentinin rəhbəri Jaskirat Chadha isə qeyd edib:
“Pərakəndə və KOS müştərilərinə xidmət sahəsində güclü təcrübəyə malik, Azərbaycanın aparıcı banklarından olan Unibank ilə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu maliyyələşmə, yerli bizneslərin maliyyə resurslarına çıxışını genişləndirəcək, eyni zamanda enerji və resurs səmərəliliyi layihələri vasitəsilə iqlim dəyişikliklərinin azaldılmasına yönəlmiş yaşıl maliyyələşmənin inkişafını dəstəkləyəcək. Dayanıqlı özəl sektorun inkişafına və inklüziv iqtisadi artıma töhfə verəcək uzunmüddətli əməkdaşlıq quracağımıza inanırıq.”
Unibank beynəlxalq tərəfdaşlarla əməkdaşlığı strateji prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər Bankın maliyyə dayanıqlığını daha da gücləndirməyə və müştərilərinə daha geniş və rəqabətqabiliyyətli maliyyə imkanları təqdim etməyə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























