“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Abşeron Ticarət Mərkəzi qlobal brendlərin ünvanına çevrilirMəşhur qlobal marka McDonald’s “Abşeron” Ticarət Mərkəzində fəaliyyətə başlayacaq.
Marja xəbər verir ki, yeni McDonald’s klassik restoran formatı ilə yanaşı, McDrive və McCafe konseptlərini də təqdim edəcək. Bu isə təkcə ticarət mərkəzində olanlara deyil, həm də ərazidən ötənlərə bu məkanda “ayaq saxlamağa” - avtomobildən düşmədən sürətli xidmət almağa və dincəlib yola davam etməyə imkan verəcək.
“McDonald’s Abşeron TM” Bakının ən böyük rayonu olan Qaradağda beynəlxalq fast-food markasının ilk restoranı olacaq. Yeni restoranın açılması ticarət mərkəzinin ziyarətçiləri və biznesinə buranı ünvan seçən sahibkarlar ilə yanaşı, sakinlər üçün də çoxdan arzulanan yenilikdir.
Yerləşdiyi ərazinin inkişafına töhfə vermək, əhalinin gündəlik xidmət, alış-veriş və istirahət ehtiyaclarını qarşılamaq məqsədilə “Abşeron” Ticarət Mərkəzi sahibkarlara, tanınmış markalara sərfəli imkanlar təklif edir. “Abşeron” Ticarət Mərkəzi sahibkarlığın inkişafına fürsət və müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir.
300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Mərkəzdə fəaliyyət göstərən bütün obyektlər yanğından mühafizə sistemi, 24/7 canlı mühafizə xidməti, obyektlərin sığortalanması, geniş və pulsuz parkinq zonası, həmçinin yükləmə-boşaltma və nəqliyyat-logistika imkanları ilə təmin olunub.
Abşeron TM yalnız alış-veriş məkanı deyil, həm də artan müştəri axınına, geniş auditoriyaya və inkişaf edən kommersiya mühitinə çıxış imkanı verən nəhəng platformadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























