Trampdan İran açıqlaması: “100 faiz əminəm”
ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi fəaliyyətlərini dayandıracağına və nüvə silahı hazırlamaq hədəfindən imtina edəcəyinə dair “100 faiz” əmin olduğunu bildirib.ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi fəaliyyətlərini dayandıracağına və nüvə silahı hazırlamaq cəhdlərindən imtina edəcəyinə “100 faiz” əmin olduğunu deyib.
Marja xəbər verir ki, Tramp WABC radiosuna verdiyi müsahibəsində İranla bağlı son hadisələri qiymətləndirib.
İran rəsmilərinin ona “zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verəcəklərini söylədiyini” bildirən Tramp, İranın uranın zənginləşdirilməsi fəaliyyətlərinə son qoyacağı və nüvə silahı istehsal etmək cəhdlərindən imtina edəcəyi məsələsində “100 faiz” əmin olduğunu ifadə edib.
Tramp İranda vurulan nüvə obyektlərində olan nüvə tozunun da ABŞ tərəfindən çıxarılacağını bildirərək, bu məsələ ilə bağlı danışıqların davam etdiyini söyləyib.
İranla razılaşma məsələsində üzərində hər hansı təzyiqin olub-olmadığı ilə bağlı suala Tramp belə cavab verib: “Üzərimdə heç bir təzyiq yoxdur, heç nəyi tələsdirməyəcəyik, əlimizdə çoxlu kozır var”.
Tramp dünən Ağ Evdə verdiyi açıqlamada İranla əldə olunan atəşkəsin kifayət qədər kövrək bir nöqtədə olduğunu bildirmişdi. İranın təqdim etdiyi son təklifi “axmaqca” adlandıran Tramp, “Hazırda atəşkəsin ən zəif anında olduğunu deyə bilərəm”, — deyə ifadə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























