AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilər
(®) Qadın əməkdaşların peşəkar inkişafı, onların korporativ mühitdə liderlik potensialının gücləndirilməsi və qərarvermə proseslərində fəal iştirakının təşviqi AccessBank üçün prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə bankda rəhbər vəzifələrdə çalışan xanımları bir araya gətirən AccessBank Leading Women Club (AccessBank Lider Xanımlar Klubu) platforması yaradılıb.
2022-ci ildə yaradılan klub hazırda 40-dan çox rəhbər xanımı birləşdirir. Təşəbbüsün əsas məqsədi xanım əməkdaşlar arasında qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin gücləndirilməsi, komanda ruhunun inkişafı, eləcə də peşəkar şəbəkələşmənin genişləndirilməsidir.
Bu dəfə AccessBank Leading Women Club çərçivəsində bankın Müşahidə Şurasının xanım üzvləri Andrea Hagmann, Fernanda Molejon və Olga Tomaş ilə görüş (workshop) təşkil edilib. Görüş zamanı spikerlər öz peşəkar inkişaf yolları və liderlik mövqelərinə qədər keçdikləri karyera mərhələləri barədə danışıb, karyera seçimində keçdikləri mərhələlər, eləcə də qadın və peşəkar kimi aşmalı olduqları maneələr barədə iştirakçılarla bölüşdülər. Görüşün xüsusi qonağı isə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional direktoru Momina Aijazuddin olub. Görüş çərçivəsində o, mikro-maliyyə sahəsində qlobal tendensiyalar haqqında danışaraq, həmçinin maliyyə inklüzivliyi, bank sektorunda qadınların peşəkar inkişafı mövzuları ətrafında müzakirələr apardı, səslənən sualları cavablandırdı.
AccessBank-ın rəhbər xanımları görüşdə beynəlxalq səviyyədə tanınmış qadın maliyyə liderlərinin karyera inkişafı, liderlik yanaşmaları, strateji qərarvermə təcrübələri və peşəkar yüksəliş yolları ilə yaxından tanış olublar. Müzakirələr qadın liderliyin təşkilati inkişafda rolu, inklüziv idarəetmə mədəniyyətinin formalaşdırılması və gələcək liderlərin yetişdirilməsi kimi mövzuları da əhatə edib.
AccessBank qadın liderlərin inkişafına yönəlmiş bu cür təşəbbüsləri davam etdirərək bank daxilində inklüziv və dayanıqlı liderlik mədəniyyətinin gücləndirilməsini hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























