Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirilib
Yükgötürmə qabiliyyəti 6 100 ton olan və yə 240 ədəd 20 futluq konteynerdir.“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanında Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi baş tutub.
Marja.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarının həyata keçirilməsinə cəlb ediləcək.
Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur. Bu gəmi Xəzər dənizi üzərindən konteyner daşımalarının həcmini artırmaqla regionda logistika əlaqələrinin daha da möhkəmlənməsinə, yük axınlarının sürətlənməsinə və marşrutun beynəlxalq rəqabətqabiliyyətinin yüksəlməsinə töhfə verəcək.
Yükgötürmə qabiliyyəti 6 100 ton olan və 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək. Gəmi Bakı–Türkmənbaşı istiqamətində konteyner daşımalarının optimallaşdırılmasına xidmət etməklə yanaşı, Orta Dəhliz üzrə artan yük tələbatının qarşılanmasına əlavə imkan yaradacaq.
Tədbirdə çıxış edən ADY sədrinin müavini Arif Ağayev Orta Dəhliz boyunca regional əməkdaşlığın gücləndirilməsi, limanlararası əlaqələrin genişləndirilməsi və Xəzər hövzəsində dayanıqlı nəqliyyat-logistika ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov çıxışı zamanı “Gadamly” quru yük gəmisinin Bakı Beynəlxalq Dəniz Limanına ilk səfərini iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafında mühüm hadisə kimi qiymətləndirib, Türkmənistanın Xəzər regionunda tərəfdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
“Gadamly” gəmisinin fəaliyyətə başlaması Xəzər regionunda ticarət və nəqliyyat əlaqələrinin inkişafında yeni mərhələ kimi qiymətləndirilir və Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması istiqamətində atılan mühüm addımlardan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























