Milyarder investordan “böyük təlatüm” xəbərdarlığı
“Tarixə baxdıqda, bu dövrlərin hamısında pul vahidlərinin dəyər itirdiyini, qızılın isə dəyər qazandığını görürük”"Bridgewater Associates" şirkətinin qurucusu, məşhur ABŞ-lı milyarder investor Ray Dalio bildirib ki, böyük büdcə kəsirləri, artan gəlir bərabərsizliyi və sol-sağ siyasi bölünmələr ABŞ-ı illərlə davam edəcək bir qarışıqlığa sürükləyəcək.
Yeni bir geosiyasi sistem və süni intellektin yaradacağı problemlər və pozuntuların da bu qarışıqlığa töhfə verəcəyini sözlərinə əlavə edib.
Dalio, "The New York Times"a verdiyi müsahibədə bildirib: “Qarşıdakı beş il ərzində bütün bu faktorların birləşməsilə ilə böyük dəyişikliklər yaşanacaq. Çox fərqli olacaq və böyük bir dəyişiklik və böyük bir çalxalanma (təlatüm) dövrü olacaq”.
ABŞ-ın sosial və siyasi sisteminin risk altında olduğunu və zorakılıq potensialından narahat olduğunu qeyd edən Dalio deyib: “Aralıq seçkilərə doğru gedirik və məncə Respublikaçılar böyük ehtimalla Nümayəndələr Palatasını itirəcəklər. Məncə o nöqtədən etibarən, xüsusilə həmin seçki ilə 2028-ci ildə keçiriləcək prezident seçkiləri arasında siyasi və sosial münaqişələrin intensivləşdiyini görəcəyik”.
Beynəlxalq səviyyədə artıq qaydalara əsaslanan bir nizamın qalmadığını və ABŞ-İran müharibəsinin nəticəsinin “demək olar ki, qara-ağ şəkildə, Hörmüz Boğazını kimin nəzarətdə saxlayacağı və nüvə materiallarını kimin idarə edəcəyi” kimi müəyyən edilə biləcəyini deyib.
İnvestorların portfellərinin yaxşı şaxələndirilmiş quruluşa malik olması və bunun 5-15 faizinin qızıldan ibarət olması lazım olduğunu bildirən Dalio deyib: “Tarixə baxdıqda, bu dövrlərin hamısında pul vahidlərinin dəyər itirdiyini, qızılın isə dəyər qazandığını görürük”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
22 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























