“İdeal Kredit” BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib
Təşkilat 2025-də 35% böyüyüb, müştərilərə verilmiş kreditlərin həcmi 22 milyon manatı keçib.BOKT “İdeal Kredit” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.
Təşkilatın yaydığı press-relizdə bildirilir ki, BOKT “İdeal Kredit” MMC-nin müştərilərə verilmiş kreditlərinin həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə 40 faiz artaraq 22 milyon 5 min manat təşkil edib. "Bu artım şirkətin maliyyələşdirmə imkanlarının genişləndiyini və müştəri etimadının yüksəldiyini göstərir", -press-relizdə bildirilir.
Qeyd edilib ki, hesabat dövründə şirkətin digər əsas maliyyə göstəricilərində də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, BOKT “İdeal Kredit”in cəmi aktivləri 35 faiz artaraq 24 milyon 187 min manata, cəmi kapital 42 faiz yüksələrək 10 milyon 352 min manata çatıb. Eyni zamanda, əməliyyat gəlirləri 31 faiz artaraq 6 milyon 63 min manat, bölüşdürülməmiş mənfəət isə 46 faiz yüksələrək 9 milyon 706 min manat təşkil edib.
"Qeyd olunan nəticələr BOKT “İdeal Kredit” MMC-nin bazarda sürətlə böyüyən maliyyə institutlarından birinə çevrildiyini bir daha təsdiqləyir. Şirkət yalnız maliyyə göstəricilərində artım əldə etməklə kifayətlənmir, eyni zamanda regionlarda xidmət əlçatanlığını artırmaq istiqamətində fəaliyyətini davam etdirir.
Bu strategiyanın davamı olaraq yaxın günlərdə Naxçıvanda yeni filialın fəaliyyətə başlaması planlaşdırılır. Yeni filialın açılması şirkətin regional inkişaf strategiyasının mühüm hissəsi olmaqla yanaşı, daha çox müştəriyə operativ və çevik maliyyə xidmətlərinin təqdim edilməsinə imkan yaradacaq.
BOKT “İdeal Kredit” MMC qarşıdakı dövrdə də müştəriyönümlü yanaşmanı, çevik xidmət modelini və filial şəbəkəsinin genişləndirilməsini əsas prioritetlər kimi saxlayaraq dayanıqlı inkişaf istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























