BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
BOKT “KREDEX” QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT “KREDEX” QSC -nin xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə 203 min manat və ya 15.6% azalıb. Azalmanın əsas səbəbi verilən kreditlər üzrə mümkün zərələrin ödənilməsi üçün xüsusi ehtiyata 309 min vəsait ayrılmasıdır.
Marja xəbər verir ki, 2025-ci ildə BOKT-ın faiz gəlirləri 4 milyon 75 min manat, faiz xərcləri 1 milyon 298 min manat, qeyri-faiz gəlirləri 431 min manat, qeyri-faiz xərcləri 1 milyon 531 min manat, xüsusi ehtiyat xərci 309 min manat təşkil edib. Beləliklə BOKT 2025-ci ili 1 milyon 369 min manat balans mənfəət ilə başa vurub.
Bu il yanvarın 1-nə BOKT-ın aktivləri 13 milyon 288 min manat olub ki, bu da 1 il əvvələ nisbətən təxminən 7.3% çoxdur. Bunun 13 milyon 47 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-nın kredit portfeli 9.5% artmışdır.
Hesabat dövründə BOKT-nın öhdəlikləri keçən ilə nisbətən 10.3% artaraq 11 milyon 893 min manata, balans kapitalı isə 1 milyon 395 min manata çatmışdır.
Xatırladaq ki, BOKT “Kredex”QSC 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
BOKT “KREDEX” QSC-nin 2025-cü il üzrə maliyyə və kənar audit hesabatları
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























