Dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb
Sahibkarlıq subyektləri və istehlakçılar qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar növbəti addım atılıb.
Marja.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu çərçivədə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun ekspertizası, diaqnostikası, əyarlanması və damğalanması məqsədilə laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb.
Laboratoriyada göstərilən xidmətlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının idxalçıları, istehsalçıları və istehlakçılarının hüquqlarının qorunmasına, habelə dövlət maraqlarının müdafiəsinə xidmət edir.
İstehsalçılar, idxalçılar, satıcılar, istehlakçılar və digər maraqlı tərəflər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatların qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün Agentliyin tabeliyindəki İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 271
Tel: (+994 12) 493 47 83 (3189); Mobil: (+994 50) 340 61 31
E-poçt: [email protected]
Rəsmi internet səhifəsi: www.ekspertiza.az
Qeyd edək ki, dövlət əyar nəzarətinin həyata keçirilməsi istiqamətində laboratoriya infrastrukturunun təkmilləşdirilməsi, eləcə də yeni laboratoriyaların qurulması sahəsində Agentlik tərəfindən ardıcıl olaraq işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























