BP Azərbaycanda zavod inşa edəcək
Böyük Britaniyanın BP şirkəti 2026-cı ilin üçüncü rübündə Qarabağ yatağının işlənməsi layihəsi üçün Azərbaycanda boru dəstələri (pipeline bundles) istehsalı zavodunun tikintisinə başlamağı planlaşdırır.
Bu barədə zavodun tikintisi layihəsinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) hesabatının yekun variantında qeyd olunub.
"Layihə çərçivəsində istehsalat sexinin, boru kompleksləri üçün rels yollarının, dənizə buraxılış yolunun, boruların saxlanması üçün meydançaların, mühəndis-kommunikasiya xətlərinin, istismar mərhələsi üçün yaşayış düşərgəsinin, ofislərin və çınqıl örtüklü qısa giriş yolunun tikintisi nəzərdə tutulur. Müəssisə Bakının Qaradağ rayonu ərazisində yerləşən Bəndovan yaşayış məntəqəsində tikiləcək, 2026-cı ilin üçüncü rübündə tikintiyə başlanılacaq və 2028-ci ilin birinci rübünədək davam edəcək", - sənəddə qeyd olunub.
Zavodun yekun olaraq istismara verilməsi 2028-ci ilin birinci rübünün sonuna nəzərdə tutulub.
Qeyd olunub ki, Bəndovan meydançası zavodun tikintisi üçün uyğun relyefin olması, mövcud infrastruktur obyektlərinə yaxınlığı və Xəzər dənizinə birbaşa çıxış imkanı sayəsində seçilib.
"Qarabağ yatağının işlənməsi üçün nəzərdə tutulan boru kompleksləri Bəndovan obyektində istehsal olunacaq. Obyekt əsasən "Qarabağ" yatağının işlənməsi layihəsi çərçivəsində boru dəstələrinin istehsalı üçün istifadə ediləcək və bu yataq üzrə işlər başa çatdıqdan sonra onun Xəzər dənizindəki digər layihələr üçün də istifadə imkanı olacaq", - ƏMTQ-də bildirilib.
Qeyd edək ki, boru dəstələri (pipeline bundles) hasilat xətlərini (flowlines), idarəetmə xətlərini və inyeksiya xətlərini özündə birləşdirən və xarici boru örtüyünün içərisində yerləşdirilmiş boru kəmərlərinin hazır yığımıdır. Tam yığılmış formada onların uzunluğu, bir qayda olaraq, təxminən 5-6 km təşkil edir.
Xatırladaq ki, 2025-ci iyunun 3-ü, "Bakı Enerji Həftəsi" çərçivəsində, BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Qarabağ" yatağının işlənməsi layihəsində 35 %-lik payın alınmasına dair saziş imzalayıb. Layihədəki qalan 65 % SOCAR-a məxsusdur. BP bu layihənin operatoru kimi çıxış edir.
"Qarabağ" yatağı Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km məsafədə və 150-200 metr dərinlikdə yerləşir. İlkin qiymətləndirmələrə əsasən, bu yataqdakı geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur, bunun da 21 milyon ton neft və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatına əsasən, "Qarabağ" neft yatağında maksimum hasilat sutkada 7,5 milyon barel təşkil edəcək.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















