ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
Bazar iştirakçıları ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının bağlanması səbəbindən orada qalmış gəmiləri “azad etmək” barədə açıqlamasını qiymətləndirdiyi bir vaxtda, Tehran ilə Vaşinqton arasında davam edən gərginlik fonunda bazar ertəsi neft qiymətləri ticarətdə qarışıq istiqamətdə dəyişib.
Marja xəbər verir ki, beynəlxalq etalon Brent nefti iyun ayı fyuçersləri 0,9% ucuzlaşaraq 107,37 dollara, ABŞ-ın xam nefti (West Texas Intermediate) üzrə iyun fyuçersləri isə 0,7% ucuzlaşaraq bir barel üçün 101,20 dollara düşüb (Bakı vaxtı ilə saat 10:00-a olan məlumat).
Hörmüz boğazı blokada ilə üzləşməkdə davam etdikcə, müharibədən əvvəl dünya enerji təchizatının təxminən beşdə birinin keçdiyi bu kritik enerji su yolunda hərəkət demək olar ki, tam dayanıb.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları agentliyi bazar ertəsi bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin Füceyra şəhərinin şimalında bir tanker mərmilərlə vurulub. Bu isə Yaxın Şərq regionunda hərəkət edən gəmilər üçün təhlükələrin davam etdiyini göstərir.
Tramp bazar günü "Truth Social" platformasında paylaşımında bildirib ki, ABŞ İranla müharibənin başlanmasından bəri Hörmüz boğazının bağlanması nəticəsində orada ilişib qalmış tankerləri “azad etməyə” çalışacaq.
“Azadlıq Layihəsi” adlandırılan təşəbbüs əsasən münaqişə ilə əlaqəsi olmayan ölkələrin bayrağı altında üzən mülki gəmilərin bu su yolundan çıxarılmasına yönələcək ki, onlar “öz fəaliyyətlərini sərbəst və normal şəkildə davam etdirə bilsinlər”. Layihənin bazar ertəsi başlanması planlaşdırılır.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, “Azadlıq Layihəsi” əməliyyatına ABŞ-ın hərbi dəstəyi - idarə olunan raketli esmineslərdən, quruda və dənizdə yerləşdirilmiş 100-dən çox təyyarədən, çoxsahəli pilotsuz platformalarından və 15 min hərbi qulluqçudan ibarət olacaq.
Treydərlər həmçinin OPEC+-ın neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlməsini də qiymətləndirəcəklər. Bu, kartelin əsas üzvlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin təşkilatdan çıxmasından sonra keçirilən ilk iclasdır.
"Moody’s Analytics" şirkətinin beynəlxalq iqtisadiyyat üzrə rəhbəri Gaurav Ganguly, neft qiymətlərinin yüksək səviyyədə qalması fonunda Yaxın Şərqdə uzanan münaqişənin qlobal iqtisadiyyata təsiri barədə xəbərdarlıq edib: “Bu nöqtədən etibarən qlobal iqtisadiyyatın resessiyaya "sürüşməsi" üçün çox şey lazım deyil. Hesablamalarımıza görə, Brent neftinin qiymətinin uzun müddət təxminən 125 dollar səviyyəsində qalması qlobal iqtisadiyyatı müəyyən formada resessiyaya sürükləyəcək.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























