MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Bu, şirkətin kart məlumatlarının qorunması, təhlükəsiz ödəniş infrastrukturunun qurulması və etibarlı xidmət modelinə sadiqliyini bir daha göstərir.(®) MSolution 2026-cı ildə informasiya təhlükəsizliyi üzrə ISO 27001 sertifikatını əldə edib və eyni zamanda PCI DSS beynəlxalq təhlükəsizlik standartına uyğunluğunu uğurla yenidən təsdiqləyib. Bu nailiyyətlər şirkətin yalnız kart məlumatlarının qorunmasına deyil, ümumilikdə informasiya təhlükəsizliyinin sistemli idarə olunmasına və dayanıqlı ödəniş infrastrukturunun qurulmasına verdiyi önəmi göstərir.
MSolution Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış ödəniş təşkilatı və texnologiya şirkəti olaraq ödəniş infrastrukturu, texniki inteqrasiya, avtomatlaşdırma və rəqəmsal transformasiya sahəsində fəaliyyət göstərir. Şirkət Visa, Mastercard və Google üzrə PSP tərəfdaşı kimi müxtəlif rəqəmsal ödəniş və proqram təminatı həlləri təqdim edir.
Şirkət, həmçinin, MultiPay brendi ilə dövlət və özəl sektor üçün ödənişlərin idarə olunması, toplanması, paylanması və inteqrasiyası üzrə həllər təqdim edir.
MSolution yüksək əhəmiyyətli və mürəkkəb layihələrdə iştirak edir. Şirkətin portfelinə Mobil Notariat, Elektron Hərrac Portalı, MyGov, AYNA, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr istiqamətində layihələr, eləcə də digər dövlət yönümlü ödəniş və proqram təminatı həlləri daxildir.
Şirkət bildirir ki, əsas məqsəd təhlükəsiz, dayanıqlı və müasir ödəniş həlləri təqdim etməklə dövlət və özəl sektorun rəqəmsal transformasiyasına töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























