"Xalq Bank" Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankında müxbir hesab açıb
"Xalq Bank" beynəlxalq maliyyə institutları ilə əlaqələri inkişaf etdirərək Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankı olan "First Abu Dhabi Bankı" ilə müxbir əlaqələr qurmuşdur.
Marja xəbər verir ki, bu tərəfdaşlıq "Xalq Bank"ın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti uğurlu addım olmaqla yanaşı, müştərilərə təqdim olunan beynəlxalq ödəniş həllərində səmərəliliyin artırılmasına və maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə xidmət edir.
Yeni əməkdaşlıq beynəlxalq ödənişlərin daha sürətli və çevik həyata keçirilməsi imkanlarını təqdim edir. Həmçinin geniş müxbir bank şəbəkəsi xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkar müştərilərə etibarlı və keyfiyyətli bank xidmətlərindən yararlanmaq üçün əlavə imkanlar təqdim edir.
Hazırda Xalq Bank regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























