Bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edildi
Mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu sentyabrın 1-dək qadağan edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu 1 may 2026-cı il tarixindən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabrın 1-dək qadağan edilir.
Balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara əməl etməyə, qadağan olunmuş müddətlərdə və qadağan edilmiş alətlərlə balıq ovundan çəkinməyə çağırırıq.
Balıq və digər su bioresurslarının ov qaydalarını pozan, o cümlədən qanunsuz balıq ovu ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təəsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində və daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanun pozuntularına qarşı müvafiq tədbirlər görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















