AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
"Airbus A320neo" 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir.Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib.
AZAL-ın yaydığı məlumata görə, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.
"Airbus A320neo" 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20% azaldılıb. Çevik və funksional "Airspace" kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri ("XL bins") sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində quraşdırılmış fərdi monitorlar və sürətli "Wi-Fi" xidməti ilə təchiz olunub. Biznes sinfi sərnişinləri və "AZAL Miles" proqramının müəyyən statuslu üzvləri "Wi-Fi" xidmətindən ödənişsiz yararlana biləcəklər.
Qeyd edilib ki, AZAL-ın uzunmüddətli inkişaf strategiyasında donanmanın mərhələli şəkildə müasirləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bu çərçivədə yeni təyyarənin donanmaya daxil edilməsi əməliyyat xərclərinin optimallaşdırılması, ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsini əsas prioritet müəyyən edən AZAL-ın donanmasında hazırda 25 təyyarə mövcuddur və 2032-ci ilə qədər bunun 50-dən çox olması hədəflənir. Bu yanaşma Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, həmçinin AZAL-ın ən müasir və enerji baxımından səmərəli təyyarə parklarına malik qabaqcıl aviaşirkətlər sırasında yer almasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























