"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
"Bank Respublika" ASC səhmdarlarının növbəti ümumi yığıncağı 16 iyun 2026-cı il saat 12:00-da, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş ofisində keçiriləcək.
Marja xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2025-ci il üçün kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika" ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2025-ci il üzrə illik hesabatının təsdiq edilməsi haqqında.
5. "Bank Respublika" ASC-nin nizamnamə kapitalının artırılması haqqında.
6. "Bank Respublika" ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi haqqında.
7. "Bank Respublika" ASC-nin Mükafatlandırma Siyasətinin təsdiq edilməsi haqqında.
8. "Bank Respublika" ASC-nin Müşahidə Şurasının əsasnaməsinin təsdiq edilməsi haqqında.
Qeyd edək ki, 31 Mart 2026-cı il tarixində "Bank Respublika" 73 milyon 961 min manat nizamnamə kapitalına, 148 milyon 675 min manat bölüşdürülməmiş mənfəətə malik olub.
30 İyun 2025-ci il tarixinə olan məlumata görə, "Bank Respublika" ASC-nin səhmdarları Quliyev Natiq Saday oğlu (63.32%), Quliyev Elçin Saday oğlu (18.46%), Quliyev Namiq Saday oğlu (8.47%), Rəhimov Şakir Xəyyam oğlu (5.45%), SIDT (Sparkassen International Development Trust GmbH) (4.22%) və digərləri (0.08) olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























