Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
Xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklərMay ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan öncə silsilə tədbirlərdən daha biri reallaşdı. Artıq ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün oldu. Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub.
Marja.az xəbər verir ki. bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda deyilir.
Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.
Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. Bu, sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı, xidmət keyfiyyətini artırmağa da imkan verir.
Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.
İctimai nəqliyyatda bu yeniliyə “K-Group” (BakıKart) şirkəti və banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























