"Fitch": Enerji qiymətlərinin yüksəlməsi Azərbaycanda iqtisadi artıma töhfə verə bilər
"Neft və qaz qiymətlərinin artması Azərbaycanın xarici və dövlət maliyyəsinə müsbət təsir göstərəcək və 2026-cı ildə iqtisadi artımın sürətlənməsinə töhfə verə bilər".
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, Yaxın Şərqdə müharibə fonunda karbohidrogen qiymətlərinin yüksəlməsi Azərbaycanın ikili profisitlərini gücləndirəcək. Agentliyin baza ssenarisinə görə, 2026-cı ildə cari əməliyyatlar balansının profisiti ÜDM-in 4,5%-i səviyyəsində qalacaq, konsolidə edilmiş büdcə profisiti isə Dövlət Neft Fondunun aktivlərinin gəlirliliyinin azalacağı gözləntilərinə baxmayaraq, ÜDM-in 2,1%-nə çatacaq.
Analitiklər 2026-cı ildə artımın yenidən sürətlənəcəyini gözləyirlər.
"Fitch Ratings"in qiymətləndirmələrinə görə, qeyri-neft sektorunun iqtisadiyyatda payı dəyişkən olaraq qalır və böyük ölçüdə neft qiymətlərindən asılıdır. Bu pay 2015-ci ildəki 63,5%-lik maksimum səviyyədən 2022-ci ildə neft qiymətlərinin son 14 ilin ən yüksək səviyyəsinə çatması fonunda 9 faiz bəndi azalıb.
Agentlik xidmət sektorunun, xüsusilə informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrinin töhfəsinin artdığını qeyd edir. Hər iki sektor 2025-ci ildə iqtisadi artıma 0,2 faiz bəndi əlavə edib.
Analitiklər vurğulayır ki, Azərbaycanın strateji coğrafi mövqeyi, o cümlədən Xəzər dənizində yerləşən iri limanı ölkənin Orta Dəhliz çərçivəsində tranzit qovşağı kimi əhəmiyyətini artırıb. Ukraynada müharibə başlayandan sonra quru yükdaşımalarının həcmi iki dəfədən çox artaraq 2022–2024-cü illərdə xidmət ixracının orta hesabla 27%-nə çatıb, ÜDM-də payı isə 2,3%-ə yüksəlib.
Bundan əlavə, “Fitch Ratings” qeyri-neft büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını və 2022–2025-ci illərdə ümumi gəlirlərin təxminən yarısını (ÜDM-in 13%-ni) təşkil etdiyini qeyd edir.
Fiskal qaydaya əsasən, qeyri-neft kəsiri 2029-cu ilə qədər qeyri-neft ÜDM-in 13%-dən aşağı səviyyəsinə endirilməlidir. Müqayisə üçün, bu göstərici 2024-cü ildə 20,4% olub. Hesabatda vurğulanır ki, buna nail olmaq üçün qeyri-neft gəlirlərinin daha da artırılması və institusional bazanın gücləndirilməsi, o cümlədən nəzarətin sərtləşdirilməsi və aydın fiskal hədəflərin formalaşdırılması tələb olunur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























