Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
Layihə çərçivəsində Ziraat Bank Azərbaycan tərəfindən 30 milyon manat məbləğində kredit ayrılıb.Ziraat Bank Azərbaycan ölkədə bərpa olunan enerji sahəsində həyata keçirilən ən iri layihələrdən birini maliyyələşdirir. Bank COP29 çərçivəsində bank sektorunun iqlim maliyyəsi istiqamətində bərpa olunan enerji və oxşar dayanıqlı layihələr üzrə üzərinə götürdüyü öhdəlikləri çərçivəsində fəaliyyətini davam etdirir.
Bankın korporativ müştərisi olan “Clean Energy Cəbrayıl” MMC tərəfindən Cəbrayıl rayonunda günəş enerjisi stansiyasının qurulması nəzərdə tutulur. Layihə çərçivəsində Ziraat Bank Azərbaycan tərəfindən 30 milyon manat məbləğində kredit ayrılıb. Bu layihə xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Clean Energy Cəbrayıl” MMC “AGEC” MMC-nin törəmə müəssisəsidir. “AGEC” MMC və törəmə müəssisələri ölkənin dayanıqlılıq strategiyasına uyğun olaraq yaşıl enerji istehsalı sahəsində investisiyaların həyata keçirilməsi istiqamətində fəaliyyət göstərirlər.
Ziraat Bank Azərbaycan tərəfindən ayrılacaq kredit real sektorun inkişafına, xüsusilə dayanıqlı və ekoloji təmiz enerji layihələrin genişlənməsinə verdiyi önəmin növbəti göstəricisidir.
Bank bərpa olunan enerji və dayanıqlı inkişaf istiqamətində layihələrin maliyyələşdirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib. Ziraat Bank Azərbaycan bu sahədə həyata keçirilən təşəbbüsləri dəstəkləməklə ekoloji tarazlığın qorunmasına, enerji mənbələrinin şaxələndirilməsinə və ölkənin uzunmüddətli iqtisadi inkişafına töhfə verməyi hədəfləyir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























