Geosiyasi gərginliklər Azərbaycan fondunu da "vurub" - Aktivləri fevral və martda 6 milyard dollar "əriyib"
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin yanvar-mart ayları (1-ci rüb) üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatı dərc edib.
Marja.az-ın məlumatına görə, əgər 2026-cı ilin yanvar ayının sonunda Fondun cəmi aktivlərinin məbləği 79,5 milyard dollara çatmışdırsa, fevral ayının sonunda 79,1 milyard dollara, mart ayının sonunda isə 73,5 milyard dollara düşüb. Fevral-mart dövründə Fondun aktivlərində 6 milyard dollarlıq "ərimə" olub. Qısası, ARDNF yanvar ayında əldə etdiyi qazancın böyük hissəsini fevral-mart aylarında itirib.
2026-cı ilin mart ayına ARDNF-nin aktivləri: 73 milyard 516 milyon ABŞ dolları,
2026-cı ilin əvvəlində ARDNF-nin aktivləri: 73 milyard 541 milyon ABŞ dolları,
2026-cı ilin ilk 3 ayında aktivlərin dəyişməsi: - 25 milyon ABŞ dolları.
Yəni, 2026-cı ilin 1-ci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 25,6 milyon dollar azalaraq 2026-cı il mart ayının 31-nə 73 milyard 515,9 milyon ABŞ dolları (124 milyard 976,9 milyon manat) təşkil edib. 2025-ci ilin sonunda Fondun aktivləri 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat),
Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri
ARDNF qeyd edib ki, 2026-cı ilin ilk rübü ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaratmışdır. Belə ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə vermişdir. Həmçinin, ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da rüb ərzində müsbət gəlirlilik göstərmişdir.
Aparıcı inkişaf etmiş ölkələrin istiqraz bazarlarında gəlirlilik dərəcələri ilin ilk iki ayı ərzində azalma tendensiyası göstərmiş, lakin mart ayında Yaxın Şərq regionunda baş verən gərginlik fonunda artan enerji qiymətləri və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlmişdir ki, bu da istiqrazların qiymətlərinə mənfi təsir etmişdir. Bu dinamika daha çox Avropa bazarlarına təsir etsə də, ABŞ dollarında emissiya edilmiş borc öhdəlikləri portfeli nisbətən dayanıqlığını qorumuşdur.
Qlobal səhm bazarları rübün ilk iki ayı ərzində müsbət nəticələr göstərmiş, sonradan isə baş verən geosiyasi gərginliklər səbəbindən geriləmişdir.
Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlamışdır. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurmuşdur ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























