Bank Əlaqə mərkəzinə gələn zənglərin 80%-ni 30 saniyə ərzində cavablandırıb
"2025-ci ildə "Kapital Bank"ın 196 Əlaqə Mərkəzinə gələn zənglərin 80%-i 30 saniyə ərzində cavablandırılıb"
Marja.az xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bildirib.
O qeyd edib ki, rəqəmsal xidmətlərin tətbiqi və inkişafı sayəsində bankın Əlaqə Mərkəzinə müraciətlərin sayı 28.2%-dən 18.8%-dək azalıb:
"Ümumilikdə Əlaqə Mərkəzimizə daxil olan zənglərin 95%-i cavablandırılıb. Bu zənglərin 80%-i isə 30 saniyə ərzində cavablandırılıb. Bütün kanallar üzrə xidmətlərimizi qiymətləndirən müştərilərimizin məmnuniyyət göstəricisi 86% olub. Qeyd edim ki, ən önəmli göstəricilərdən biri də Əlaqə Mərkəzinə müraciət edən müştərilərin 87%-nin çətinliyinin ilk müraciəti zamanı həll edilmiş olmasıdır. Beynəlxalq ödəniş sistemləri və ya bəzi requlativ qaydalarla bağlı mövzuların araşdırılması isə prosedura uyğun olaraq 40 günə qədər vaxt ala bilir. Amma əksər hallarda müştərilərimizin sorğuları və şikayətləri orta hesabla 1.6 iş günü ərzində nəticələndirilir. Ümumilikdə isə edilən müraciətlərin 95%-i 5 iş günü ərzində cavablandırılır.
Bu mövzuda bir xəbəri də sizinlə bölüşüm ki, biz ISO 10002 üzrə müştəri məmnuniyyəti idarəetmə sistemimizin illik yenilənməsini uğurla tamamlamışıq. Bizim hazırda 4 milyondan çox fiziki aktiv müştərimiz var. Həmçinin, 1258 ədəd bankomatımız, 11 nöqtədə Rəqəmsal Mərkəzlərimiz, 24/7 xidmət göstərən Birbank tətbiqimiz, 114 filial, 53 şöbəmizlə hazırda ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıyıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























