"Ötən il mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik vəorta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib"
"Birbank Biznes"in müştəriləri 43% artaraq 214 000 nəfərə çatıb."Kapital Bank-ın sahibkarlara xidmət edən platforması "Birbank Biznes"in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 000 nəfərə çatıb. Onlardan böyük bir qismi 169 000 nəfəri mikro sahibkarlıqla məşğul olur".
Marja.az xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bildirib.
“Bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etməmizdir. Xüsusən də əməliyyatların rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik və orta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib. Kiçik və orta biznes və korporativ seqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin 98%-ni "Birbank Biznes" üzərindən edirlər".
"Birbank Biznes" sahibkarların inkişafına dəstək olur
Cavid Mirzəyev əlavə edib:
“Biz il ərzində sahibkarların sosiallaşması, yeni biliklər qazanmaları üçün bir çox sosial dəstək layihələri keçiririk. Xüsusən, xanım sahibkarların şəxsi inkişafına dəstək prioritetlərimizdən biridir. Nümunə olaraq qeyd etsəm "Hər işdə birinci qadınlar" yarmarkasının, VISA ilə birgə həyata keçirdiyimiz "She is next" layihəsinin adını çəkə bilərəm. Həmçinin ötən il Sahibkarlar Günündə Gəncə şəhərində keçirdiyimiz tədbirdə yüzlərlə sahibkar öz məhsullarını daha geniş auditoriyaya təqdim etməklə yanaşı, qoşulduqları təlimlərdə yeni biliklər də qazanıblar. Həmçinin, ötən il Visa və Birbank Biznes Azərbaycanda xanımlar üçün ilk birgə ko-brend biznes kartı olan She's Next kartı istifadəyə verdi. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























