Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
Azərbaycan Mərkəzi Bankı (AMB) təqdim edəcəyi növbəti dəstək tədbirləri ilə maliyyə icarəsi sahəsinin (lizinqin) inkişafını hədəfləyir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, hazırda AMB qüvvədə olan "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində daha geniş imkanların, alternativ maliyyə mexanizmlərinin, o cümlədən girov təminat tələbi olmayan mexanizmlərin yaradılmasını hədəfləyir: "Bu baxımdan təqdim edəcəyimiz növbəti dəstək tədbirlərinin bu sahəni inkişaf etdirəcəyinə ümid bəsləyirik".
T.Əliyev qeyd edib ki, bu qanun layihəsi ilə maliyyə icarəsi xidmətləri daxil olmaqla, alternativ maliyyə xidmətlərinin genişləndirilməsinə dair dəstək tədbirləri nəzərdə tutulur: "Məlum olduğu kimi, Azərbaycanda bu istiqamətdə müəyyən mexanizmlər mövcuddur. Eyni zamanda, məsələn, Mərkəzi Bankın banklar və bank olmayan kredit təşkilatları ilə əlaqədar müəyyən təşviq tədbirləri həyata keçirməsi nəzərdə tutulub. Söhbət sahibkarlıq subyektlərinin maliyyələşdirilməsindən gedir. Biz analoji yanaşmanı maliyyə icarəsi xidməti göstərən şəxslərə də şamil etməyi nəzərdə tuturuq".
"Lizinq şirkəti kimi qeydiyyatda olan hüquqi şəxslərin 5-10 %-i maliyyə icarəsi xidməti göstərir"
Toğrul Əliyev qeyd edib ki, Azərbaycanda mövcud olan normativ-hüquqi baza maliyyə icarəsi fəaliyyətinin genişləndirilməsini və inkişafını tam dəstəkləmir.
"Maliyyə icarəsini səciyyələndirən və adi icarədən fərqləndirən əsas xüsusiyyətlər qanunvericilikdə əks olunmur, bu sahənin müvafiq tənzimləmə ilə, nəzarət fəaliyyəti ilə əhatə olunmaması maliyyə bazarlarından vəsait cəlb edilməsi və bu sahənin inkişafı baxımından yetərincə zəmin yaratmır. Bu baxımdan qanun layihəsinin qəbulu nəticəsində maliyyə icarəsi xidmətləri göstərən təşkilatların daha geniş fəaliyyəti əhatə etməsi, bu sahənin inkişafı üçün zəmin yaranması nəzərdə tutulur. Hazırda maliyyə icarəsi ilə banklar, bank olmayan kredit təşkilatları məşğul olur, lakin təəssüf ki, maliyyə icarəsi məhsulu üzrə müştərilərə və bu sahə üzrə ixtisaslaşan təşkilatlara ayrılan vəsaitlərin məbləği qənaətbəxş deyil", - deyə qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda lizinq şirkəti kimi dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin cəmi 5-10 %-i maliyyə icarəsi fəaliyyəti göstərir: "Bu sahə üzrə xüsusi icazə tələb olunmur, odur ki, sadəcə vergi qeydiyyatından keçməklə sahibkarlıq fəaliyyəti göstərən şəxslər də maliyyə icarəsi fəaliyyəti göstərə bilirlər, lakin praktik olaraq bu fəaliyyətlə məşğul olan şəxslərin az bir hissəsi maliyyə icarəsi xidmətləri göstərir. Bu da say etibarilə müxtəlif dövrlərdə mövcud olan təşkilatların 5-10 %-ni əhatə edir, yəni bundan artıq olmur. Eyni zamanda reallıq odur ki, müvafiq sahibkarlıq subyektləri vergi qeydiyyatından keçərkən fəaliyyət növü kimi digər oxşar fəaliyyətləri də seçirlər və onların təqdim etdiyi maliyyə icarəsi xidmətlərinin dəyərinin və əhatə dairəsinin müəyyən edilməsi çətinləşir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























