Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın
(®) Ölkənin ilk rəqəmsal bankı Birbank, Visa şirkətinin dəstəyi ilə müştəriləri üçün daha bir unikal kampaniyaya start verir. “Birbank-la FIFA 2026 Final Oyunu” kampaniyası çərçivəsində Birbanklılar Amerika Birləşmiş Ştatlarında keçiriləcək möhtəşəm final oyununu yerində izləmək və futbol atmosferini canlı yaşamaq imkanı əldə edirlər.
Kampaniyada yalnız 13 aprel – 8 may tarixləri ərzində yeni Birbank Visa taksit kartı əldə edən, eləcə də aktiv Birbank Visa taksit kartı olmayan müştərilər iştirak edə bilər. Kartı həm onlayn, həm də oflayn kanallar vasitəsilə sifariş etmək mümkündür.
Kampaniya şərtlərinə əsasən, kartı əldə edən müştərilər 13 may tarixinədək Birmarket platformasında alış-veriş edərək kampaniyada iştirak edirlər. Kampaniya müddətində Birmarketdə ən yüksək alış-veriş dövriyyəsini edən 1 nəfər qalib seçilərək 2 nəfərlik “FIFA Dünya Çempionatı 2026”nın final oyununa bilet qazanacaq və unudulmaz futbol təcrübəsi yaşayacaq.
Ətraflı məlumat üçün: www.b-b.az/ftv
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























