“SOCAR PETROLEUM” “gəmidən gəmiyə” üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib
“SOCAR PETROLEUM” QSC Xəzər dənizinin akvatoriyasında “gəmidən gəmiyə” üsulu ilə yanacaq təchizatı (bunkerləmə) əməliyyatlarına başladığını elan edib.
Marja.az şirkətə istinadən xəbər verir ki, bu addım şirkətin inkişafında yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir.
“Gəmidən gəmiyə” (ship-to-ship) üsulu ilə həyata keçirilən ilk bunkerləmə əməliyyatı beynəlxalq standartlara uyğun olaraq uğurla reallaşdırılıb. Bu yanaşma gəmilərin limana daxil olmadan operativ şəkildə yanacaqla təmin olunmasına imkan yaradır və xidmətin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
"Uğurlu start şirkətin yüksək əməliyyat hazırlığını və peşəkar kompetensiyasını, eləcə də bütün proseslərin beynəlxalq tələblərə uyğun icra olunduğunu bir daha təsdiqləyib.
Gələcək mərhələdə “SOCAR PETROLEUM” bunkerləmə əməliyyatlarının genişləndirilməsini, yüksək keyfiyyətli DMA, IFO, VLSFO və MGO (ISO 8217) standartına uyğun dəniz yanacağının tətbiqini və təchizat infrastrukturunun inkişafını planlaşdırır.
Bu fəaliyyət istiqamətinin başlanması Xəzər regionunda dəniz infrastrukturunun inkişafına mühüm töhfə verməklə bərabər, Azərbaycanın beynəlxalq nəqliyyat və enerji dəhlizlərində rolunu gücləndirir, həmçinin ölkənin tranzit potensialının artmasına əlavə imkanlar yaradır",- məlumatda deyilir.
Qeyd edilib ki, bunkerləmə əməliyyatı dənizçilik terminologiyasında gəmilərin hərəkətini və daxili sistemlərinin işləməsini təmin etmək üçün onlara yanacaq və sürtkü yağlarının vurulması prosesidir. Bu proses texniki icra üsuluna görə “gəmidən-gəmiyə” və “sahildən-gəmiyə” olmaqla reallaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















