2026-cı ilin ilk rübündə qeyri-iş günlərinin sayının çox olması banklarda kredit artımına mənfi təsir göstərib
“2026-cı ilin ilk rübündə bir sıra bankların, o cümlədən “AccessBank”ın kredit portfelinin artım tempinin zəifləməsinin səbəblərindən biri də bu ilin yanvar-mart dövründə bayramlar ilə əlaqədar olaraq qeyri-iş günlərinin sayının daha çox olmasıdır”.
Bunu Marja.az-a "AccessBank"ın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.
“Mart ayında iş günləri çox az idi. Biz qeyri-iş günləri müddətində 2 gün də filiallarımızı açdıq. Buna baxmayara, mart ayı çox zəif ay oldu. Adətən müştərilər bayram dövrlərində banklara kredit üçün çox az müraciət edirlər. Mən düşünürəm ki, apreldən yaya kimi bütün bank sektorunda yaxşı inkişaf olacaqır. Düzdür, yayda kreditlərə tələb zəifləyir, amma sentyabrdan yenidən artır və ilin sonunadək davam edir”,- Renat Hümbətov deyib.
HƏMÇİNİN OXU: Bank “Private Banking” filialını istifadəyə verməyi nəzərdə tutur
Bankın İdarə Heyətinin üzvü əlavə edib ki, “AccessBank”ın kredit portfelinin təxminən 80%-i biznes kreditlərindən ibarətdir:
“Biznes kreditləri portfelinin də 80%-ni mikro kreditlər təşkil edir. “AccessBank” Azərbaycanda ən böyük mikro kreditlər portfelinə malik bankdır. Mart ayının sonuna olan məlumata görə, 850 milyon manat məbləğində mikrokredit portfelimiz olub”.
HƏMÇİNİN OXU: "AccessBank" “VIP Club” məhsulunu “Private Banking” məhsuluna çevirib - QİYMƏTLƏR
Qeyd edək ki, 2026-cı ilin ilk rübünün sonuna "AccessBank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyard 341 milyon 304 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 7 milyon 105 min manat və ya 0,5 % artıb. Bankın kredit portfeli 2025-ci ilin ilk rübündə 2024-cü sonu ilə müqayisədə 3% və ya 34 milyon 685 min manat artaraq 1 milyard 186 milyon 235 milyon manata çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























