Ziraat Bank Azərbaycan 2026-cı ilə güclü maliyyə nəticələri ilə başlayıb
Ziraat Bank Azərbaycan 2026-cı ilin 1-ci rübünə dair açıqladığı maliyyə göstəriciləri ilə dayanıqlı inkişaf istiqamətində irəliləyişini davam etdirdiyini göstərir.
Bu, bankın yaydığ pres-relizdə bildirilir.
Qeyd edilib ki, nankın əsas fəaliyyət sahələri üzrə qeydə alınan artım, effektiv idarəetmə və düzgün strateji yanaşmanın nəticəsi kimi önə çıxır.
2025-ci ilin 1-ci rübü ilə müqayisədə bankın kredit portfeli 34,8% artaraq 775 milyon manata çatıb. Kredit portfelində əsas paya malik olan biznes kreditləri isə 32% artaraq 702 milyon manatı ötüb. Bu göstəricilər Bankın real sektorun maliyyələşdirilməsində aktiv rolunu qoruduğunu əks etdirir.
Depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə olunub. Belə ki, bankın depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 68,3% artaraq 1 milyard 159 milyon manatı keçib. Bu dinamika müştərilərin Banka olan etimadının davamlı şəkildə gücləndiyini göstərir.
Ziraat Bank Azərbaycanın cəmi aktivləri 58,7% artaraq 1 milyard 443 milyon manata yüksəlib. Bu göstəricilər bankın maliyyə dayanıqlığının və bazardakı mövqeyinin daha da gücləndiyini təsdiqləyir.
Bankın xalis mənfəəti isə 5,5 milyon manat təşkil etmişdir ki, bu da müsbət maliyyə nəticələrinin davamlı xarakter daşıdığını göstərir.
Ziraat Bank Azərbaycan gələcək dövrdə də müasir texnologiyalar və innovativ yanaşmalar vasitəsilə müştərilərinə daha dəyərli xidmətlər təqdim etməyi hədəfləyir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 4 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib




















