ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıtdı
(®) İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 17 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin baş sponsorluğu ilə turnirdə üçüncü dəfə Azərbaycan komandası da təmsil olunub. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçirilib. Azərbaycanı təmsil edən U12 komandası Gold liqasında yarımfinala yüksələrək Meksika komandası ilə 2:2 hesabı ilə oyunu bitirib. Komandamız penaltı zərbələrində məğlub olaraq növbəti oyunda Kanada komandasına 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, turnirdə 30 komanda arasında 3-cü yeri tutmaqla bürünc medal qazanıb.
Baş məşqçi Rövşən Babayevin rəhbərliyi ilə turnirdə bu uşaq futbolçular iştirak ediblər: Bavver Ayaz Bakir, Aylin Hüseynova, Sara Məmmədova, Əli Kərimzadə, Naim Məmmədov, Cavad Əliyev, Camal Hüseynbəyli, Mikayıl Səmədov, İslam Xanbabazadə, Ərtoğrul Nadir, Rauf Rəhimov, Həsən Xəlilov, Cahangir İman, İsmayıl Sadiq.
Turnir çərçivəsində Azərbaycan komandasının üzvləri məşhur futbol ulduzu Roberto Karlosla da görüşüblər.
Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış "Real Madrid Foundation Clinic" proqramı əsasında seçilib. 2025-ci ilin iyununda bu proqram ölkəmizdə də üçüncü dəfə reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb.
“Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2026-ci ilin 22-26 iyun tarixlərində Bakıda yenidən təşkili nəzərdə tutulur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























