Pambıq sahələrinin sığortası başlandı – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Azərbaycanda dövlət aqrar sığorta mexanizmi ilə pambıq əkinlərinin sığortalanması mövsümünə start verilib. Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar Aqrar Sığorta Fonduna müraciət edərək dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə əkinlərini sığorta edə bilərlər.
Pambıq Azərbaycanda becərilən strateji kənd təsərrüfatı bitkilərindən biri, ölkədən xaricə ixrac edilən əsas qeyri-neft məhsullarındandır.
Hazırda Azərbaycanın 20-yə yaxın rayonunda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq tarlalarının böyük hissəsi Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarındadır. Ölkənin əsas pambıqçılıq rayonları: Saatlı – 12,6 min hektar, Ağcabədi – 11,8 min hektar, Sabirabad – 11,1 min hektar, Salyan – 9,7 min hektar, Beyləqan – 8,9 min hektar, Bərdə – 8,5 min hektar, Biləsuvar – 8,1 min hektar, İmişli – 7,9 min hektar, Neftçala – 7,2 min hektar, Yevlax – 3,3 min hektar, Zərdab – 3,1 min hektar, Tərtər – 2,8 min hektar, Ağdam – 2,4 min hektar, Goranboy – 2,0 min hektar, Kürdəmir – 1,1 min hektar və başqalarıdır.
Pambıq əkinləri bölgə əhalisinin gəlirlərinə və iqtisadi vəziyyətinə ciddi təsir edir. Hazırda ölkəmizdə 15 minə yaxın fermer pambıq əkini ilə məşğuldur. Fermer ailələrinin iqtisadi vəziyyəti və rifah halı böyük dərəcədə məhz pambığın gətirdiyi gəlirlərdən asılıdır.
Təbiət hadisələrinə qarşı həssas olan pambıq əkinləri müxtəlif səbəblərdən zərər görə bilər. Pambıq sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr zərər vurur. Belə hallar nəticəsində fermerlər gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər.
Lakin Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar sığorta bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək zərərlə üzləşmiş minlərlə fermerə aqrar sığorta vasitəsilə 2,2 milyon manatdan artıq ödəniş edilib. Belə ki, ölkəmizdə 2023-cü ildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə 4 min hektar əraziyə dəymiş zərərlər üzrə 880 min manat, 2025-ci ildə isə 2064 hektar pambıq sahəsində baş vermiş hadisələr üzrə fermerlərə 958 min manat sığorta ödənişi həyata keçirilib.
50%-lik dövlət dəstəyi sayəsində fermerlər pambıq sahəsini cüzi ödənişlə sığorta edə bilərlər. Ölkənin əksər ərazilərində 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat arasında dəyişir.
Son aylar Azərbaycanda baş verən təbiət hadisələri, güclü yağışlar və sel-subasma digər sahələr kimi pambıq əkinləri üçün də böyük risk yaradır. Bu halların gətirdiyi zərərin qarşısını almaq üçün ən effektiv üsul pambıq sahələrini vaxtında sığorta etməkdir.
Pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























