"İran, ABŞ ilə yeni növbəti danışıqlarda iştirak etməkdən imtina edib"
İran bazar günü ABŞ ilə növbəti danışıqlarında iştirak etməyəcəyini bildirib.
Dünyanın nüfuzlu xəbər agentliklərinin yaydığı məlumata görə, bu barədə dövlət xəbər agentliyi IRNA məlumat yayıb.
Marja xəbər verir ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin bazar ertəsi İranla ikinci raund danışıqlar üçün Pakistana yola düşəcəyini deməsindən bir neçə saat sonra verilib.
İranın rəsmi xəbər agentliyi IRNA konkret mənbə göstərmədən Tehranın danışıqları rədd etdiyini bildirib.
“İran ikinci raund danışıqlarda iştirakdan imtinanı Vaşinqtonun həddindən artıq tələbləri, real olmayan gözləntiləri, mövqeyində davamlı dəyişikliklər, ziddiyyətlər və davam edən dəniz blokadası ilə əsaslandırır və bunu atəşkəsin pozulması kimi qiymətləndirir,” – deyə IRNA yazıb.
Tramp: nümayəndələr Pakistanına yollanırdı
Bazar günü daha əvvəl Donald Tramp “Truth Social” platformasında nümayəndələrinin İranla danışıqların ikinci raundu üçün Pakistana getdiyini açıqlamışdı.
“Bizim nümayəndələrimiz İslamabada gedir – onlar sabah axşam orada olacaqlar,” – Tramp bildirmişdi.
O həmçinin İran razılaşmazsa yeni hərbi zərbələr endirəcəyi ilə hədələyib.
ABŞ heyəti
Ağ Evin məlumatına görə, ABŞ nümayəndə heyətinə vitse-prezident JD Vance rəhbərlik etməli idi. Heyətdə həmçinin xüsusi nümayəndə Steve Witkoff və Trampın kürəkəni Jared Kushner də yer alırdı.
Hürmüz boğazı və gərginlik
Diplomatik böhran fonunda Hörmüz boğazında gəmiçilik böhranı davam edir. ABŞ və İsrailin hücumlarından sonra İranın bölgədə hərəkəti məhdudlaşdırması neft bazarlarında ciddi dalğalanma yaradıb.
ABŞ tərəfi İranı atəşkəs razılaşmasını pozmaqda ittiham edir, Tehran isə Vaşinqtonun dəniz blokadasını əsas problem kimi göstərir.
Pakistanın vasitəçilik rolu
Pakistan danışıqlarda vasitəçi rolunu davam etdirir. Rəsmi İslamabad həm Tehran, həm də Vaşinqtonla əlaqələri saxlayaraq gərginliyin azaldılmasına çalışır.
Bununla belə, İranın danışıqlara qatılmamaq qərarı prosesin yenidən dalana dirənməsi riskini artırır.
Neft qiymətləri cümə günü 10%-dən çox ucuzlaşaraq bareli 90 dollardan aşağı düşüb. Bu eniş regiondan enerji tədarükünün yenidən bərpa olunacağına dair ümidlərlə bağlıdır. Müharibədən əvvəl dünya xam neft təchizatının təxminən beşdə biri bu boğazdan keçirdi. Fars körfəzini qlobal enerji bazarları ilə birləşdirən dəniz yolunun bağlanması tarixdə ən böyük neft tədarükü pozuntusuna səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























