Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Səhmdarlarının Ümumi Yığıncağının 24 saylı iclasında Müşahidə Şurasının yeni tərkibi təsdiq edilmişdir. Marja xəbər verir ki, Heybət Qədirov Müşahidə Şurasının yeni üzvü və eyni zamanda Müşahidə Şurasının Sədri təyin edilmişdir.
Heybət Qədirov hazırda “Unibank KB” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsini müvəqqəti icra edən vəzifəsində çalışır. O, pərakəndə bankçılıq, biznesin inkişafı və strateji liderlik sahələrində 15 ildən artıq təcrübəyə malikdir. O 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2012-ci ildə isə həmin universitetdə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.
Hal-hazırda AKB-nin Müşahidə Şurasının 7 üzvü var və onlar təsisçi bankların rəhbər vəzifəli şəxsləri arasından seçilmişdir. Müşahidə Şurasının Sədri Heybət Qədirov (“Unibank KB” ASC), digər üzvləri isə Zamiq Məmmədov (“Azərbaycan Beynəlxalq Bankı” ASC), Röyam Hüseynzadə (ASC “Xalq” Bankı), Elnur Həsənov (“BankRespublika” ASC), Cavid Mirzəyev (“KapitalBank” ASC), Aydın Hüseynov (“Rabitəbank” ASC) və Seymur Əliyevdir (“ZiraatBank Azərbaycan” ASC).
Xatırladaq ki, AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























