Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
"Spec-Taxi" və "Spec-Leasing" tərəfindən yaradılmış mobillik fintech platforması “Leops” "Kapital Bank"dan Azərbaycan taksi sektorunun inkişafı üçün 8.3 milyon mant investisiya cəlb edib.
Marja xəbər verir ki, "Leops", Azərbaycanda taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinq modelini genişləndirmək məqsədilə 8.3 milyon AZN həcmində investisiya cəlb etdiyini elan edir. Bu investisiya ölkənin aparıcı sərnişindaşıma platforması Bolt tərəfindən dəstəklənir və Azərbaycanın nüfuzlu maliyyə qurumlarından biri olan Kapital Bank tərəfindən maliyyələşdirilir.
Sürücülər üçün yeni iş imkanları
2018-ci ildə təsis edilən "Spec-Taxi", Azərbaycanda rəsmi lisenziya əsasında fəaliyyət göstərən taksi şirkətidir. Leops platforması ilə şirkət artıq fintech sahəsinə daxil olaraq, sürücülərə həftəlik qazanc əsasında avtomobil icarəsi və mülkiyyətə keçid imkanı təqdim edir.
“Bu layihə təkcə mobilliklə bağlı deyil – biz burada sürücülər üçün əvəzsiz fürsətlər təklif edirik,” – deyə Leops-un təsisçisi və baş direktoru Haşim Əliyev bildirib. “Sürücülərə müasir avtomobilləri qazanca əsaslanaraq əldə etmək imkanı veririk.”
Bu təşəbbüs, Azərbaycan taksi parkını yeniləmək üzrə qəbul olunmuş qanunvericilik aktların və hibrid/elektrik avtomobillərə keçidi təşviq etmək siyasətinin məntiqi davamıdır.
Leops platforması - sürücülərin real gəlirinə əsaslanan hibrid və elektrik avtomobillərin lizinq modeli, rəqəmsal tətbiq ilə avtomobilin idarə olunması, ödənişlərin izlənməsi və sürücü qeydiyyatı təklif edir.
Cəlb olunan bu kapital sayəsində "Leops" Bakı və regionlarda fəaliyyətini genişləndirəcək, yüzlərlə yeni sürücünü platformaya qoşacaq və Bolt ekosisteminə daha dərindən inteqrasiya olunacaq. Bu isə tam rəqəmsal, hüquqi tələblərə uyğun və sürücü yönümlü bir təcrübə təqdim edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























