Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib(®) Azercell-in dəstəyi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes müsabiqələrindən biri olan “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” (ABCC) uğurla başa çatıb.
Müsabiqə gənclərin praktiki bacarıqlarının artırılması və onların iş mühitinə hazırlanması baxımından mühüm platforma rolunu oynayıb. Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində qurulan layihə tələbələrdə biznes analitikası, strateji düşüncə və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
Bu il müsabiqəyə ümumilikdə 100-ə yaxın komanda müraciət edib. Seçim mərhələlərini uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC tərəfindən təşkil olunan təlim proqramlarında iştirak edib. Onlardan 12-si yarımfinal mərhələsinə yüksəlib, yalnız 4 komanda isə finalda çıxış etmək imkanı qazanıb.
Final mərhələsində komandalar müxtəlif şirkət və qurumları təmsil edən münsiflər heyəti qarşısında öz həllərini təqdim ediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, ADA Universitetinin komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən iki komanda isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar 8000 AZN, 4000 AZN və 2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























